BMT-nin eksperti Anar Məmmədlini azad etməyə çağırır
Birləşmiş Millətlər Təşkilatının ətraf mühit müdafiəçiləri üzrə xüsusi məruzəçisi 31 oktyabr 2024-cü il tarixində yaydığı bəyənatda COP29 ərəfəsində Anar Məmmədlini dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
Birləşmiş Millətlər Təşkilatının eksperti Mişel Forst öz bəyanatında “Azərbaycan hökumətini Anar Məmmədlinin istintaq təcridxanasından dərhal azad etməyə çağırır. O həmçinin Anar Məmmədliyə qarşı bütün ittihamların dərhal ləğv edilməsinin və hüquq çüdafiəçisinin qanunsuz həbsi nəticəsində dəymiş bütün maddi və mənəvi zərərin tam ödənilməsinin vacibliyini burğulayır.
2024-cü il aprelin 30-da Anar Məmmədli barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra BMT-nin xüsusi məruzəçisi Azərbaycan hökumətinə iki dəfə məktub yazıb.
“Beynəlxalq ictimaiyyət yaxın günlərdə Bakıda başlayacaq COP29-dan öncə diqqətini Azərbaycana yönəltdiyi üçün, [Mişel Forst] Anar Məmmədlinin səhhətinin pisləşməsindən və ətraf mühit müdafiəçiləri də daxil olmaqla vətəndaş cəmiyyəti subyektlərinə qarşı təzyiqlərdən ciddi narahatdır”, - BMT-nin xüsusi məruzəçisi öz bəyanatında qeyd edir.
Xüsusi məruzəçi Anar Məmmədlinin səhhəti ilə bağlı dərin narahatlığını da ayrıca vurğulayır ((Anar Məmmədlinin səhhəti ilə bağlı).).
Məruzəçinin daha sonra qeyd etdiyi kimi, Azərbaycan Orxus Konvensiyasına qoşulmuş ölkə kimi Konvensiyanın 3-cü maddəsinin 8-ci bəndinə əsasən, “Konvensiya üzrə hüquqlarından istifadə edən şəxslərin iştiraklarına görə heç bir şəkildə cəzalandırılmamasını, mühakimə olunmamasını və ya təzyiqə məruz qalmaması təmin edilməlidir.”
25 oktyabr 2024-cü il tarixində xüsusi məruzəçi hökumətə məktub yazaraq Anar Məmmədlinin COP29-dan əvvəl azadlığa buraxılmayacağı təqdirdə, tədbirdə iştirak etmək üçün Bakıya gedəcəyi müddətdə həbsxanada Anar Məmmədliyə baş çəkməsinə şərait yaradılmasını istəyib.
BMT-nin Ətraf Mühitin Müdafiəçiləri üzrə xüsusi məruzəçisi haqqında
Orxus Konvensiyasının 3-cü maddəsinin 8-ci bəndinə əsasən, “hər bir ölkə Konvensiya üzrə hüquqlarından istifadə edən şəxslərin iştiraklarına görə heç bir şəkildə cəzalandırılmamasını, mühakimə olunmamadını və ya təzyiqə məruz qalmamasını təmin etməldir”. müddəalarına uyğun olaraq öz hüquqlarını həyata keçirən şəxslər iştirak etdiklərinə görə heç bir şəkildə cəzalandırılmamalı, təqib edilməməli və ya təzyiqlərə məruz qalmamasını təmin etməlidir”.
Ətraf Mühitin Mühafizəçiləri üzrə xüsusi məruzəçinin mandatı Orxus Konvensiyasına uyğun olaraq hüquqlarını həyata keçirməyə çalışdıqları zaman (a) təqib, cəzaya və ya cəriməyə məruz qalanları, (b) hər hansı bir şəkildə təqib, cəza və ya cərimə təhlükəsi altında olanları müdafiə etməkdən ibarətdir.
Mişel Forst 2022-ci ilin iyununda xüsusi məruzəçi seçilib.
More about the UN Special Rapporteur on Environmental Defenders