AKIF GURBANOV
Demokratiya Təşəbbüsləri İnstitutunun rəhbəri
About Akif Gurbanov
Akif Qurbanov 3 avqust 1981-ci ildə Gürcüstanın Saqareco rayonu Qaraçöp qəsəbəsində anadan olub. Ailə bir müddət sonra Azərbaycana köçüb. O, 1998-ci ildə orta təhsili başa vurandan sonra Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub və 2006-cı ildə təhsilini başa vurub. Qurbanov ikinci ali təhsilini isə 2013-2016-cı illərdə Karazin adına Xarkov Dövlət Universitetinin hüquq fakültəsində alıb.
Akif Gurbanov is one of three nominees for the 2024 Václav Havel Human Rights Prize of the Parliamentary Assembly of the Council of Europe.
Akif Qurbanov siyasi fəaliyyətə hələ tələbə vaxtı başlayıb. O, 2002-ci ildə Ümid Partiyasına üzv olub. 2002–2005-ci illərdə bu partiyada gənclərlə iş üzrə sədr müavini kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə partiyanın Mərkəzi Seçki Qərargahının rəhbəri olub.
Daha sonra Akif Qurbanov Ümid Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub və 10 il bu vəzifədə işləyib. O, 2015-ci ilin noyabrında keçirilən parlament seçkiləri ilə bağlı çıxış edərkən seçkilərin beynəlxalq normalara uyğun keçmədiyini, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs və təzyiqlərə məruz qalmasının seçkilərə neqativ təsirini və seçki saxtakarlıqlarını sübut edən görüntülərə baxmayaraq nəticələrin araşdırılmadığını əsas gətirərək yekun protokolu imzalamaqdan imtina edib.
Akif Qurbanov 2008-ci ildə Avropa Şurası yanında Bakı Siyasi Biliklər Məktəbininin məzunu olub. O, həmçinin 2013-cü ildə Demokratik Təşəbbüslər İnstitutunu yaradıb. Bu təşkilat son bir neçə ildə Azərbaycanda gənc jurnalist və hüquq müdafiəçilərinin yetişməsinə ciddi töhfələr verib.
Akif Qurbanov Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) ilə bağlı proseslərdə də fəal iştirak edib. O, 2016-cı ildə 100-dən artıq təşkilatın birləşdiyi Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Şura üzvü seçilib. Qeyd edək ki, 9 mart 2017-ci il tarixdə Qlobal MSŞT İdarə Heyəti vətəndaş cəmiyyətinə yaradılmış problemlərə görə Azərbaycanın təşəbbüsdəki statusunu dayandırmışdı. Bundan sonra Azərbaycan hökuməti təşəbbüsdən çıxdığını elan etmişdi. 2016-cı ilin fevralından ölkədəki sosial-iqtisadi və siyasi böhranın dərinləşməsini əsas gətirərək vətəndaş cəmiyyətinin fəaliyyətini birləşdirmək və proseslərə təsirini genişləndirmək üçün yaradılmış Sivil Toplum Platformasının (STP) təsisçilərindən və fəal iştiraçlıarından biri də Akif Qurbanov olub.
7 dekabr 2023-cü ildə demokratik keçid, yaxşı idarəetmə ilə qurulmuş müxalif siyasi hərəkatın yaradılması və desentralizasiya dəyərlərinə iddia edən müxalif siyasi hərəkat kimi III Respublika Platforması elan edilib. Bu Platformanın Qurucu Heyət üzvlərindən biri də Akif Qurbanov olub. O, eyni zamanda, platformanın təmsilçiliyi və qərarların qəbulunun təşkili üçün bir il müddətinə moderator seçilib.
III Respublika Platforması elan ediləndən təxminən iki həftə sonra Akif Qurbanov izləndiyini və həbs olunma ehtimalını açıqlayıb. Bundan bir neçə gün sonra – dekabrın 23-də Platformanın Qurucu heyət üzvlərindən biri – Bakı Dövlət Universitetinin müəllimi Araz Əliyev polisin qanuni tələbinə tabe olmama ittihamıyla həbs olunub. Ona 23 sutka inzibati həbs cəzası verilib.
Martın 6-da Akif Qurbanov III Respublika Platformasının digər Qurucu Heyət üzvlərindən Ruslan İzzətli, “Toplum TV” nin həmtəsisçisi Ələsgər Məmmədli və kanalın daha bir neçə əməkdaşı ilə eyni cinayət işi üzrə saxlanılaraq, həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Akif Qurbanov özünü təqsirli bilmir, bu ittihamın saxta olduğunu, siyasi fəaliyyətinə görə şərlənərək cəzalandırıldığını bəyan edir. O, həbsdə də təzyiqlərlə üzləşdiyini, hədələndiyini açıqlayıb.
Onun işi üzrə istintaq hazırda Bakı Şəhər Baş Polis İdarəsində aparılır. Akif Qurbanov həbs olunmaqla yanaşı, onun əmlaklarının üzərinə də həbs qoyulub.
Akif Qurbanov Avropa Şurası Vatslav Havel İnsan Haqları Mükafatına namizəd göstərilmiş üç nəfərdən biridir.
Resources about Akif Gurbanov
Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.
Download blue background poster (PNG)
Download yellow background poster (PNG)
Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)
Azərbaycan və Avropa Şurasının Vatslav Havel Mükafatı
Azərbaycanın siyasi məhbuslarının Avropa Şurası Parlament Assambleyası tərəfindən Vatslav Havel mükafatı üçün qısa siyahıya salınması ilə bağlı tarix var.
2014-cü ildə Anar Məmmədli mükafat alsa da, mərasimdə iştirak edə bilməyib: o, artıq həbsdə idi.
2024-cü ildə Akif Qurbanov mükafatlandırılarsa, o, ya şəxsən mükafatını ala bilməyəcək və həm də təmsil olunmalı olacaq.
Vatslav Havel Václav Havel Human Rights Prize İnsan Haqları Mükafatı Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli vətəndaş cəmiyyətinin fəaliyyətini mükafatlandırmaq məqsədi daşıyır. AŞPA tərəfindən hər il Vatslav Havel Kitabxanası və Charta 77 Fondu ilə əməkdaşlıq çərçivəsində veriləcək Mükafat insan hüquqlarının müdafiəsi ilə məşğul olan istənilən fərdi, qeyri-hökumət təşkilatı və ya qurumun namizədləri üçün açıqdır.