NİYAMƏDDİN ƏHMƏDOV
AXCP fəalı, mübahisəli ittihamlarla hazırda 13 illik həbs həyatı yaşayır. Partiya lideri Əli Kərimlinin mühafizəçisi kimi tanınır.
About Niyamaddin Ahmadov
Niyaməddin Əhmədov 14 may 1990-cı ildə Tovuz rayonunda anadan olub. Orta təhsillidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. Həbs olunana qədər eyni zamanda AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.
2020-ci il aprelin 15-dən həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Əhmədov aprelin 15-də saxlanılarkən öncə ona İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib. AXCP üzvü bu ittihamı qəbul etməyib və SMS icazə ilə küçəyə çıxdığını deyib.
2020-ci il mayın 15-də 30 sutkalıq həbs müddəti başa çatsa da, Əhmədov azadlığa çıxmayıb.
Ona Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) və 233-1.2.1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham verilib. Cinayət işində iddia olunur ki, 2017-ci ildən Almaniyada yaşayan, “Youtube” Channellarında Azərbaycandakı idarəçiliyi kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən bloger Qabil Məmmədov Azərbaycanda dövlət çevrilişi törədilməsi üçün Niyaməddin Əhmədova ümumilikdə 5500 (5 min 500) manat pul, üzərində kamera olan eynək göndərib.
Əhmədov ittihamları qəbul etmir. Qabil Məmmədovla həmyerli (Tovuz rayonu, Qazqulu kəndi) olduğunu deyən Əhmədov xatırladır ki, bu cinayət işi də 19 oktyabr mitinqindən az sonra – 29 oktyabr 2019-cu ildə başlanıb, Qabil Məmmədov haqqında həbsli axtarış qərarı qəbul edilib.

Əhmədovun bildirdiyinə görə, o, 2020-ci ilin aprelində 30 sutkalıq inzibati həbsdə olduğu dövrdə onu inzibati həbs yerində başına torba keçirərək, oradan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparıblar. Orada AXCP sədri Əli Kərimlinin əleyhinə ifadələr verməsi üçün işgəncəyə məruz qalıb.
Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib və o, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Əhmədov 2024-cü ilin martında 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanarkən ailəsi ilə görüş hüququnun pozulmasına və ərzaq bağlamalarının çatdırılmasında yaranan maneələrə etiraz olaraq on beş günlük aclıq aksiyasına başlayıb. Bundan əlavə, mart ayında o, hökuməti tənqid edən bir şeirə sahib olduğu iddiası ilə altı sutka təkadamlıq kamerada saxlanılıb.
O, ittihamları rədd etsə də, Əhmədovun hökmü həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb. Əhmədovun həbsi, işgəncəsi və məhkəməsi ilə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilib.
Resources about Niyamaddin Ahmadov
Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.
Download blue background poster (PNG)
Download yellow background poster (PNG)
Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)
