FƏRİD MEHRALIZADƏ

İqtisadçı və tədqiqat qrupunun keçmiş rəhbəri, müstəqil iqtisadi təhlillərinə və hökumətin siyasətini tənqid etdiyinə görə mübahisəli ittihamlarla hazırda həbsdədir. 

About Farid Mehralizadeh

Fərid Mehralızadə 22 noyabr 1994-cü ildə Bakıda anadan olub. 

2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr dərəcəsi alıb. Magistr təhsilini isə 2017-2019-cu illərdə İstanbul Universitetində iqtisadi siyasət üzrə alıb. Aradakı müddətdə 2016-2017-ci illər ərzində isə hərbi xidmətdə olub. 

Fərid Mehralızadə Türkiyədə magistr təhsilini başa vurandan sonra Azərbaycanda bank sektorunda işləməyə başlayıb. O, pararlel olaraq, iqtisadçı ekspert, araşdırmaçı, maliyyə analitiki kimi özəl sektorda, media sahəsində də fəaliyyət göstərib. 

Fərid Mehrəlizadə Azərbaycanda yerli banklardan birində Biznes Tədqiqatları Bölməsinin rəhbəri olub.

Müxtəlif dövlət qurumlarının statistik məlumatlarını təhlil edib, rəqəmlərin arxasındakı gerçək mənzərəni cəmiyyətə sadə dildə çatdıran Fərid Mehralızadəni, hətta hökumətin nəzarətində olan telekanallara da ekspert kimi tez-tez dəvət edirdilər. O, müxtəlif sosial-iqtisadi mövzuları şərh edirdi. 

Fərid Mehralızadə müxtəlif media orqanlarına ekspert kimi, mövzuları təhlil etməklə yanaşı, özü də iqtisadçı kimi, araşdırmalar hazırlayırdı. Onun materialları ayrı-ayrı platformalarda yayımlanırdı. Əsasən, iqtisadi siyasət, dayanıqlı inkişaf, sosial siyasət, regional və gəlir bərabərsizliyi onun əsas araşdırma iqtiqamətləri idi. Bundan başqa, o, araşdırmaçı kimi Azadlıq Radiosu ilə də əməkdaşlıq edirdi. Həmçinin 2020-ci ildən başlayaraq “Əkinçi” maarifləndirici platformasına da töhfə verib. 

Fərid Mehralızadə 30 may 2024-cü ildə “Abzas Media” ilə bağlı cinayət işi üzrə saxlanılıb. Həmin gün onun evində, avtomobilində axtarış aparılıb. Amma cinayət işi üçün əhəmiyyət kəsb edən heç nə tapılmayıb. Buna baxmayaraq, polislər onun avtomobilini götürüb və bu günə qədər ailəsinə qaytarılmayıb. Avtomobilinin üzərinə həbs qoyulub. 

Fərid Mehralızadə sonradan bildirib ki, mayın 30-da evdən çıxarkən onun başına torba keçirib, maşına zorla oturdub aparıblar. Yol boyu torbanı çıxarmayıblar. Yalnız polis idarəsində torbanı çıxarıblar. 

Farid Mehralizade<br />An Azerbaijani economist and former head of research at Unibank, currently imprisoned on disputed charges related to his independent economic analyses and criticism of government policies.<br />

Fərid Mehralızadəyə qarşı ilkin olaraq, iyunun 1-də “Abzas Media” işindəki digər jurnalistlər kimi, Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Avqustda “Abzas Media” işi üzrə həbsdə olan jurnalistlərin, o cümlədən Fərid Mehralızadənin ittihamı ağırlaşdırılıb. Ona Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə əlavə ittihamlar verilib. Bu maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

Fərid Mehralızadə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun haqqında istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır. İstintaq dövrü üçün onun haqqında seçilmiş həbs müddəti dekabrın 20-nə qədər uzadılıb. 

30 yaşlı iqtisadçı özünü təqsirli bilmir, bu ittihamların heç birini qəbul etmir. Həbsinin qanunsuz olduğunu deyən iqtisadçı araşdırmalarına, təhlillərinə görə cəzalandırıldığını düşünür. O bildirir ki, “Abzas Media” ilə heç vaxt bağlılığı olmadığı halda, bu cinayət işi əlaqələndirilib, həbs edilməsi absurddur. “Abzas Media” özü də bəyanat yayaraq, Fərid Mehralızadə ilə heç vaxt əməkdaşlıq etmədiklərini açıqlayıb.

Resources about Farid Mehralizade

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

Farid Mehralizade An Azerbaijani economist and former head of research at Unibank, currently imprisoned on disputed charges related to his independent economic analyses and criticism of government policies.
azAZ