ƏZİZ ORUJOV

Jurnalist və Kanal 13-ün təsisçisi, kanalın insan haqları ilə bağlı verlişlərinə görə dəfələrlə həbs olunub.

About Aziz Orujov

Əziz Orucov – 3 yanvar 1984-cü ildə Bərdə rayonunun Hüseynalılar kəndində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində ali təhsil alıb. Universiteti bitirəndən sonra Sharg, MilletAynakimi qəzetlərdə çalışıb. 2008-ci ildə Əziz Orucov qardaşı Anar Orucovla birlikdə “Kanal 13” internet televiziyasını təsis edib. O vaxtdan “Kanal 13”ün Bakı ofisinə rəhbərlik edir. 

“Kanal 13”ün “Youtube”da ingilisdilli versiyasının 1 milyon yarımdan, Azərbaycan dilli versiyasının isə yarım milyondan çox abunəçisi var. Bu Channelda Azərbaycanda insan hüquqlarının pozulması halları, sosial-iqtisadi problemlər işıqlandırılır, bölgələrdəki vəziyyətlə bağlı reportajlar yayımlanırdı. Müxtəlif ekspertlərlə gündəmdəki məsələlər müzakirə olunurdu. Xüsusən ingilisdilli versiyası Rusiyanın Ukraynada apardığı işğalçı müharibədən süjetlər gedirdi. 

2014-cü ildə Azərbaycanda QHT-lərə qarşı təzyiqlər başlayanda, bir sıra təşkilat rəhbərləri həbs olunanda Əziz Orucovun qardaşı, “Kanal 13” ün təsisçisi Anar Orucov da ölkəni tərk etməyə məcbur oldu. O, hazırda Almaniyada yaşayır və fəaliyyətini oradan davam etdirir. 

Əziz Orucov bundan öncə də həm qısamüddətli inzibati həbsdə, həm də cinayət məsuliyyətinə cəlb olunmaqla, uzunmüddətli həbsdə olub. 

O, birinci dəfə 2 may 2017-ci ildə saxlanılıb və polisin qanuni tələbinə tabe olmama ittihamı ilə məhkəmə qarşısına çıxarılaraq, ona 30 sutka inzibati həbs cəzası verilib. O zaman Əziz Orucov bildirirdi ki, polisə tabesizlikdən söhbət gedə bilməz, çünki o, həyat yoldaşı ilə birlikdə gedərkən qəfildən polislər onların yolunu kəsərək saxlayıb. Daha sonra xanımı sərbəst buraxılsa da, özü haqqında inzibati xəta protokolu tərtib edilib və məhkəməyə aparılaraq, 30 sutka həbs qərarı alınıb. 

Əziz Orucov bu cəza müddəti bitən gün azadlığa buraxılmalı olsa da, həmin gün onun haqqında cinayət işi başlanıb və yenidən həbs qərarı verilib. Jurnalist qardaşı ilə birlikdə idarə etdiyi “Qafqaz Media Araşdırmalar Mərkəzi” adlı təşkilatın fəaliyyətinə görə Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə bu maddələrlə o, 6 il azadlıqdan məhrum edilib. 

2018-ci il aprelin 5-də Ali Məhkəmə onun haqqında hökmü dəyişib – Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsilə ittihama xitam verilib. Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham isə nisbətən yüngülləşdirilərək, 308.1 maddəsinə tövsif olunub. Bu maddə ilə də ona 3 il şərti cəza verilib və o, həbsdən buraxılıb.

Aziz Orujov is a journalist and founder of Channel 13, repeatedly arrested for his critical reporting on human rights in Azerbaijan.

2023-cü ilin noyabrında ona qarşı yenidən cinayət işi başlanıb. Noyabrın 27-də saxlanılan Əziz Orucovun həm evində, həm də “Kanal 13” üç ofisində həmin gün axşam saatlarında axtarış aparılıb. Channel rəhbərinə qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb və noyabrın 28-də Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib. 

Həbsindən təxminən 20 gün sonra - dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib. 

Əziz Orucov isə bu ittihamların absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb. 

Orujov has now been in prison for nine months, whilst the investigation into his case continues at the Police Department of Sabail district.

Resources about Aziz Orujov

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

Aziz Orujov is a journalist and founder of Channel 13, repeatedly arrested for his critical reporting on human rights in Azerbaijan.
azAZ