EMİN İBRAHİMOV
Keçmiş diplomat, insan haqlarını müdafiə və hökuməti tənqid etdiyinə görə həbs olunub.
About Emin Ibrahimov
Azərbaycan hakimiyyətini tənqid edən Emin İbrahimov 2024-cü il iyulun 22-dən Azərbaycanda həbsdədir.
Emin İbrahimov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsini bitirmiş, daha sonra Türkiyənin Ankara Universitetində və İsveçin Dalarna Universitetində magistr təhsili almışdır. 2007-ci ildə dövlət qulluğuna imtahan verib və Azərbaycan Xarici İşlər Nazirliyində attaşe kimi fəaliyyətə başlayıb. 2009-cu ildə NATO Müdafiə Kollecində yüksək kursu bitirib.
İbrahimov 2012-2016-cı illərdə Azərbaycanın ABŞ səfirliyində katibliyin rəhbəri, 2016 və 2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı nümayəndəliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.
2020-ci il martın 3-də İbrahimov on üç illik diplomatik xidmətdən sonra Azərbaycanda insan hüquqlarının pozulması və seçki saxtakarlığına etiraz olaraq istefa verib. O, istefa ərizəsində bu qərarının səbəblərini açıqlayıb:
“Azərbaycanda seçki sisteminin dağılması, siyasi legitimliyin əsaslarının aşınması, azadlıqların sistemli şəkildə boğulması kontekstində diplomat kimi işləmək getdikcə daha ağır mənəvi dilemmalar yaradır. Bu yaxınlarda keçirilən parlament “seçkiləri” mənim üçün son damla oldu. Bunları nəzərə alaraq, sizdən xahiş edirəm ki, mənim diplomatik xidmətdən xaric olunmağım üçün sərəncam verəsiniz”.
Emin İbrahimov istefa verdikdən sonra ictimai fəaliyyətlə məşğul olub, sosial media hesablarından istifadə edərək Azərbaycan hökumətinin rusiyayönlü siyasətini tənqid edib və ölkədə insan haqlarının pozulmasına qarşı olduğunu bildirib.
2023-cü il sentyabrın 19-da İbrahimov Qarabağda son hərbi əməliyyatlar haqqında paylaşım edəndən bir gün sonra həbs edilib. Azərbaycan Baş Prokurorluğunun Qeyri-Cinayət Təqibi üzrə İdarəsi onun barəsində materiallar hazırlayıb ertəsi gün məhkəməyə təqdim edib. İbrahimovun terroru dəstəkləyən fikirlərini bölüşdüyü iddia edilib.
Emin İbrahimov ittihamların uydurma olduğunu iddia edib. O hesab edirdi ki, Rusiyanın Qarabağdakı əməliyyatlarda marağı var və bu barədə son Facebook paylaşımlarında yazmışdı. O, buna görə cəzalandırıldığına inanır.
Buna baxmayaraq, Bakının Yasamal Rayon Məhkəməsi R.İbrahimovu Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (qadağan olunmuş məlumatların internetdə yerləşdirilməsi) maddəsi ilə otuz sutka müddətinə inzibati həbs cəzasına məhkum edib.
Onun haqqında 30 sutkalıq həbs qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.
Emin İbrahimov növbəti dəfə iyulun 22-də saxlanılıb və bu dəfə barəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İddia olunub ki, Emin İbrahimov metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında Kamal Şükürov adlı birinə bıçaqla xəsarət yetirib.
Keçmiş diplomat özünü təqsirli bilmir, bu ittihamın saxta, hadisənin isə qondarma olduğunu deyir. Həbs qərarı verilən məhkəmədə “mən diktatura rejiminin qurbanıyam” deyib.
İ.İbrahimov izah edib ki, 22 iyul 2024-cü il tarixində mənzilində təmir işləri ilə əlaqədar metrostansiyanın yaxınlığındakı mənzilə gedərkən qəfildən kimsə ona hücum edərək paltarını cırmağa cəhd edib. Az sonra meydana mülki geyimli polis əməkdaşları gələrək İbrahimovu həbs ediblər.
Emin İbrahimov əlavə edib ki, saxlandıqdan sonra Nizami rayonu, 24-cü polis bölməsinə aparılıb. Orada işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib, hətta zorlanmaqla hədələnib. Tələb isə telefonunun parolunu verməsi olub.
The investigation into Ibrahimov’s case continues at the Police Department of Nizami district.
Resources about Emin Ibrahimov
Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.
Download blue background poster (PNG)
Download yellow background poster (PNG)
Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)