HAFİZ BABALI

Araşdırmaçı jurnalist və korrupsiya tədqiqatçısı, tənqidi araşdırma yazılarına görə tanınır, hazırda mübahisəli ittihamlarla həbsdədir.

About Hafiz Babali

Hafiz Babalı 9 sentyabr 1971-ci ildə İsmayıllı rayonunda anadan olub. 

1992-1996-cı illərdə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Hafiz Babalı hələ universitetdə təhsil aldığı dövrdə müxtəlif qəzetlərlə əməkdaşlığa başlayıb. Məsələn, tələbəliyinin ilk ilk dövrlərindən etibarən – 1992-1994-cü illərdə “Metallurq” qəzetində tərcüməçi işləyib. Ardınca 1994–1997-ci illərdə isə “Günay” qəzetində müxbir kimi fəaliyyətini davam etdirib. 

1997-ci ilin avqustundan “Turan” İnformasiya Agentliyində çalışmağa başlayan Hafiz Babalı 26 ildən çox oranın əməkdaşı olub və 2023-cü ilin dekabrında həbs olunan günə qədər orada işləyib. 

Eyni zamanda, paralel olaraq, korrupsiya araşdırmaları aparıb. Həmin araşdırmalar zaman-zaman Meydan TV, AzadlıqRadiosu, AbzasMedia və başqa nəşrlərdə yayımlanıb. Fritt Ord Fondu (The Fritt Ord Foundation) və ZEIT Fondu tərəfindən verilən “Free Media Awards”a 2019-cu ildə məhz korrupsiya araşdırmalarına görə Hafiz Babalı layiq görülüb. 

Hafiz Babalı hakim ailə də daxil olmaqla, ən yuxarı səviyyədə hakimiyyətdə təmsil olunan şəxslərin korrupsiyasından bəhs edən “Gips ixracı: Vergidən yayındırılan milyonlar”, “Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur”, “Paşayevlərin gəlirli Retro biznesi”, “’Pasha Holding’ yatırım şirkəti yaradıb” və s. araşdırmaların müəllifidir. 

Hafiz Babalı həm də jurnalistlərin hüquqlarının müdafiəsilə məşğul olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavinidir. 

Son həbsindən əvvəl də Hafiz Babalı təzyiqlərə məruz qalmışdı. O, təzyiqlər üzündən 2017-2018-ci illərdə bir müddət ölkəni tərk etmək məcburiyyətində qalsa da, sonradan geri qayıtmaq qərarı vermişdi. Hafiz Babalı 2023-cü il dekabrın 13-dən həbsdədir. Həmin gün o, evdən çıxıb işə - “Turan” İnformasiya Agentliyinə gələrkən yolda qəfildən saxlanılıb. Bir qədər sonra onun Sumqayıt şəhərində yerləşən evində 8 nəfər polis və Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi axtarış aparıb.

Hafiz Babali<br />An investigative journalist and corruption researcher, currently imprisoned on disputed charges, known for his critical reports on corruption in Azerbaijan.<br />

“Abzas Media” bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan Babalı haqqında bir gün sonra Xətai rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. “Abzas Media” işi üzrə həbs olunan digər jurnalistlər kimi, Hafiz Babalıya qarşı da Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittihamı ittihamı irəli sürülüb. Lakin bu dindirmədən bir neçə gün sonra Hafiz Babalı sosial media hesabında Bakı Şəhər Baş Polis İdarəsinin pəncərələrinin çirkli olması, halbuki, idarənin az əvvəl məhz pəncərələrin yuyulması üçün şirkətlərlə iri məbləğli satınalma müqaviləsi bağlaması haqda status paylaşmışdı. 

Hafiz Babalının sağlamlığında da ciddi problemlər var. Gözündəki problemlərə görə ona üçüncü qrup əlillik təyin olunub. Bundan başqa, aşağı ətrafların venalarının varikoz genişlənməsindən əziyyət çəkir. 

Hazırda Babalı Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində istintaq davam etdirilir. Onun həbsi müstəqil jurnalistlərin artan təzyiqlərlə üzləşdiyi Azərbaycanda mətbuat azadlığı məsələlərinə diqqət çəkib.

Resources about Hafiz Babali

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

Hafiz Babali An investigative journalist and corruption researcher, currently imprisoned on disputed charges, known for his critical reports on corruption in Azerbaijan.
azAZ