ƏLƏSGƏR MƏMMƏDLİ
Toplum TV-nin təsisçisi və media hüququ eksperti, sağlamlığında ciddi narhatlıqların artmasına baxmayaraq mübahisəli ittihamlarla hazırda həbsdə saxlanılır.
About Alasgar Mammadli
Ələsgər Məmmədli 24 may 1968-ci ildə Ağdam rayonunda anadan olub.
Ali təhsilini 1991-1996-cı illərdə İstanbul Universitetinin Hüquq fakültəsində alıb. 1999–2001-ci illərdə isə Ankarada Türkiyə və Yaxın Şərq İdarəçilik Akademiyasında (TODAİE) hüquq və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb.
Daha sonra İstanbul Vəkillər Kollegiyasında 1 illik xüsusi kursu bitirib. Bundan sonra Türkiyə Ağır Cəza Məhkəməsində vəkil kimi təcrübə keçib.
Azərbaycana qayıdandan sonra 2002-2004-cü illərdə “Internews”da, 2004-2014-cü illərdə isə “IREX”da hüquqşünas və təşkilatın yerli ofisinin rəhbəri vəzifəsində çalışıb. Ələsgər Məmmədli paralel olaraq, pedeqoji fəaliyyətlə məşğul olub. O, ANS-in Media Akademiyasında Media hüququ müəllimi kimi fəaliyyət göstərib, 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Media hüququ fənnini tədris edib. Həmçinin 2023-2024-cü illərdə Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Hüquq fakültəsində Cinayət hüququ üzrə mühazirə oxuyub.
Hüquq mütəxəssisi kimi o, 28 nəşrə töhfə verib. Ələsgər Məmmədli həbs olunanadək ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların media hüququ üzrə eksperti kimi fəaliyyət göstərib, müxtəlif ölkələrdə keçirilən konfranslarda, tədbirlərdə moderator, məruzəçi kimi çıxış edib.
2016-cı ildə Ələsgər Məmmədli “Toplum TV”ni də təsis etməklə balanslı, obyektiv, qərəzsiz, müstəqil bir media müstəvisi yaratmağı hədəfləyib.

2024-cü il martın 6-da Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları “Toplum TV”nin ofisində əməliyyat keçirib. Media orqanının əməkdaşları saxlanılaraq, idarəyə aparılıb, ofisin qapısı möhürlənib. Əməkdaşlardan bir neçəsi sonradan buraxılsa da, bir hissəsi haqqında Cinayət Məcəlləsinin 206.3.2 (əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə cinayət işi başlanıb. Məmmədli 2024-cü il martın 8-də tibb məntəqəsindən çıxarkən silahlı hücuma məruz qalaraq avtomobilə mindirildikdən sonra mübahisəli şəraitdə həbs edilib.
Daha sonra Ələsgər Məmmədlinin evində axtarış aparılıb və 60 min avro pul tapıldığı iddia edilib. Onun ailə üzvləri isə evdə pul olmadığını, onu axtarış aparınların özlərinin qoyduğunu bəyan edib. O, ittihamı qəbul etmir, müstəqil medianı susdurmaq üçün saxta ittihamla cəzalandırıldığını deyir.
Həbs olunmazdan əvvəl potensial xərçəng şişindən müalicə aldığı üçün onun səhhəti də narahatlıq doğurub. Məmmədlinin hüquqşünaslar qrupu dəfələrlə onun səhhətinə görə azadlığa buraxılmasını tələb etsə də, Məhkəmə bu vəsatətləri rədd edib.
Ələsgər Məmmədli və Toplum TV əməkdaşları ilə bağlı istintaq davam edir və Azərbaycanda mətbuat azadlığı və insan haqları ilə bağlı geniş narahatlıq var.
Resources about Alasgar Mammadli
Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.
Download blue background poster (PNG)
Download yellow background poster (PNG)
Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)
