RUSLAN İZZƏTLİ

Siyasi fəal, D18 Hərəkatının keçmiş lideri, hökuməti tənqid etdiyinə görə mübahisəli ittihamlarla həbs edilib.

About Ruslan Izzatli

Ruslan İzzətli – 1989-cu il aprelin 18-də Ağdam rayonunda anadan olub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənət tarixi və nəzəriyyəsi ixtiası üzrə bakalavr dərəcəsi alıb. Magistr təhsilini isə “Qlobal siyasət və beynəlxalq münasibətlər” üzrə Türkiyənin Bahçeşehir Universitetində alıb. Ruslan İzzətli 2011-ci ildə Avropa Şurasının yanında Siyasi Biliklər Məktəbinin məzunu olub. 

İzzətli karyerasının ilk illərindən gənclər təşkilatlarına cəlb olunub. O, 2009-cu ildə Birləşmiş Azərbaycan Gənclər Təşkilatının sədri olub və 2012-ci ilə qədər bu vəzifədə olub. Daha sonra 2012-2013-cü illərdə Ümid Partiyasının sədr müavini vəzifəsində çalışıb. 2013-cü il seçkilərindən sonra partiyanın prezident İlham Əliyevi təbrik etməsindən sonra o, partiyanın mövqeyi ilə prezident İlham Əliyevi təbrik edərək istefa verib. 

2013-cü il martın 18-də “D18” Hərəkatı (Demokratiya-18) yaradılıb və ilk sədri də Ruslan İzzətli olub. O, 2021-ci ilədək Hərəkata rəhbərlik edib. Hərəkat 2023-ci ilin sentyabrında fəaliyyətini dayandırıb. 

2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində 33 saylı Xətai I seçki dairəsindən deputatlığa namizəd olub. 2020-ci il 9 fevral seçkisində sözügedən dairədə çoxsaylı pozuntuların olduğu əsas gətirilərək, nəticələr ləğv olunub. 

Ruslan İzzətliyə səhhətində problemlərlə əlaqədar sülh dövründə hərbi xidmətə yararsız olması haqda hələ 2007-ci ildə hərbi bilet verilməsinə baxmayaraq, o, 2020-ci ilin mayında qəfildən hərbi xidmətə aparılıb. 

O, hərbi xidmətdə olduğu dövrdə Azərbaycanda Ermənistan arasında 44 günlük müharibə başlayıb. Ruslan İzzətli bu müharibədə də iştirak edib. Və “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif olunub.

Ruslan Izzatli<br />A political activist and former leader of the D18 Movement, currently imprisoned on disputed charges related to his criticism of the government.<br />

Hərbi xidmətdən qayıdandan sonra siyasi fəaliyyətini davam etdirən Ruslan İzzətli 2022-ci il iyunun 26-da Baş Prokurorluğa çağırılıb. Ona sosial media hesabında hərbçilərin problemləri ilə bağlı yazdığına görə xəbərdarlıq edilib. 

7 dekabr 2023-cü ildə elan olunan III Respublika Platformasının Qurucu Heyət üzvlərindən biri də Ruslan İzzətlidir. O, martın 6-da “Toplum TV” və “Demokratik Təşəbbüslər İnstitutu”nun ofisində keçirilən əməliyyatlar zamanı digərlərilə birlikdə saxlansa da, axşam buraxılmışdı. Lakin iki gün sonra – martın 8-də Xətai Rayon Polis İdarəsinin qarşısında dayanıb, digər saxlanılanlar haqda məlumat gözlədiyi bir vaxtda onun özünü qara avtomobilə mindirib, naməlum istiqamətə aparıblar. Sonradan isə Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittihamının irəli sürüldüyü məlum olub. 

Həmin gün Ruslan İzzətlinin evində axtarış aparılıb. O, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanlı və digərləri ilə eyni cinayət işi üzrə təqsirləndirilir. Onların işi üzrə istintaq hazırda Bakı Şəhər Baş Polis İdarəsində davam edir. Özləri isə Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Resources about Ruslan Izzatli

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

Ruslan Izzatli A political activist and former leader of the D18 Movement, currently imprisoned on disputed charges related to his criticism of the government.
azAZ