TOFİQ YAQUBLU

1998-ci il prezident seçkilərindən sonra dəfələrlə həbs olunmuş müxalif siyasətçi.

Tofiq Yaqublu

6 fevral 1961-ci ildə Gürcüstanda – Bolnisi rayonunun İncəoğlu qəsəbəsində anadan olub. Azərbaycanda o vaxtkı Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi yaranandan sonra hərəkatın sıralarına qoşulub. 1992-ci ildə Müsavat partiyası yarananda bu partiyaya üzv olub və o vaxtdan da bu partiyanın üzvüdür. Eyni zamanda, partiyanın Binəqədi şöbəsinin sədri, 2010-2018-ci ildə isə Müsavat başqanının müavini olub. 1992-1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurası yaradılandan indiyədək Yaqublu da bu qurumun Koordinasiya Mərkəzinin üzvüdür.

64 yaşlı siyasətçi 2023-cü il dekabrın 14-dən həbsdədir. Bakı İstintaq Təcridxanasında saxlanılan Yaqublunun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu, Yaqublu haqqında 4-cü cinayət işidir. Son 25 ildə o, üç dəfə cinayət işi ilə uzunmüddətli həbsdə, həmçinin dəfələrlə polisin qanuni tələbinə tabe olmama ittihamıyla 25-30 sutkalıq qısamüddətli inzibati həbsdə olub. Tofiq Yaqublu ilk dəfə 1998-ci ildə Azərbaycanda prezident seçkisi ərəfəsində polisə müqavimət ittihamıyla həbs olunub. İstintaq dövründə həbsdə saxlanılandan sonra məhkəmə ona 2 il şərti cəza verib. Siyasətçi bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirib.

Siyasətçi haqqında ikinci cinayət işi 2013-cü ilin yanvarında İsmayıllı rayonunda yerli əhalinin kütləvi etirazları ilə bağlı oldu. O vaxt Tofiq Yaqublu Yeni Musavatqəzetinin əməkdaşı kimi getdiyini bildirmişdi. O zaman Yaqublunu, eləcə də ora səfər edən başqa bir siyasətçi – Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovu bu hadisələrin təşkilində ittiham edərək, həbs etmişdilər. Yaqublu kütləvi iğtişaşların təşkili, polisə müqavimət ittihamları ilə 5 il azadlıqan məhrum edildi. O, həbsdə olduğu dövrdə - 2015-ci ilin aprelində 26 yaşlı qızı Nərgiz Yaqublu vəfat etdi. Siyasətçi 2016-cı ilin martında Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Yaqublu bu cinayət işinin də qondarma olduğunu, hökumətin yerli əhalinin məmur özbaşınalığına qarşı etirazlarına başqa don geyindirmək üçün uydurulduğunu bildirirdi.

2020-ci il martın 22-də isə siyasi fəal xuliqanlıq ittihamıyla həbs olunub. Bu dəfə cinayət işində iddia olunub ki, Tofiq Yaqublu “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsü Elxan Cəbrayılov və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Tofig Yagublu square blue

Tofiq Yaqublu isə bidirirdi ki, o, bazarın qarşısında park vəziyyətində olan maşınında oturub, həyat yoldaşının gəlməsini gözlədiyi vaxt avtomobili qəsdən vurulub. Digər avtomobildən bir qadın və bir kişi düşərək, onun maşınına hücum edib. Öncə bunun adi qəza olduğunu zəng edib, düşüb aydınlaşdırmaq istəsə də, qarşı tərəfin davranışından təxribat olduğunu anlayıb və avtomobilin şüşələrini qaldırıb. Avtomobilin içindən telefonla qarşı tərəfin davranışını çəkib, eyni zamanda, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Dərhal hadisə yerinə gələn polislər onu idarəyə aparıb və nəticədə onun özü xuliqanlıq ittihamı ilə həbs olunub. Siyasətçi telefonunu polisə təqdim edərək, maşının içindən çəkdiyi görüntülərin sübut kimi qəbul olunmasını istəsə də, həmin görüntülərin telefonundan silindiyini bildirir.

Nizami rayon Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli hökmü ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin gün aclığa başlayıb, bir neçə gün sonra vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından özəl xəstəxanaya köçürülüb. 2020-ci il sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hökmdən verilən şikayətə baxılarkən ev dustaqlığına buraxılmasına qərar verilib. Apellyasiya məhkəməsi yekun qərarında isə ona şərti cəza verib.

2023-cü il dekabrın 14-də isə Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələrilə həbs olunub. Bu cinayət işində iddia olunur ki, Almaniyaya gedib, orada vətəndaşlıq almaq istəyən Elşən Hüseynov adlı şəxs Elnur Məmmədov adlı biri vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verərək, Almaniyaya getmək, orada vətəndaşlıq almaq istəyib.

Tofiq Yaqublu isə bildirir ki, bu ittiham saxtadır, istər Elşən Hüseynov, istərsə də Elnur Məmmədov polisin müxtəlif təxribatlar üçün istifadə etdiyi şəxslərdir. Siyasətçi bildirir ki, Elşən Hüseynovu ümumiyyətlə tanımayıb. Elnur Məmmədov isə həbsindən bir ay öncə ona Facebookda yazıb. Daha sonra professor Qubad İbadoğlunun məhkəməsi keçirilən zaman Nərimanov rayon Məhkəməsinin qarşısında ona yaxınlaşaraq salamlaşıb, birlikdə foto çəkdirib. Siyasətçi hesab edir ki, bütün bunlar ona hazırlanmış təxribat üçün sübut toplamaq olub.

Elnur Vaqifoğlu kimi tanınan Elnur Məmmədov bundan əvvəl dəfələrlə dələduzluq ittihamıyla həbsdə olub. Onun adı bir sıra siyasi işlərdə də keçir. Bu cinayət işi üzrə məhkəmə prosesi hazırda davam edir.

Tofiq Yaqublu 2019-cu il oktyabrın 19-da Milli Şuranın etiraz mitinqində saxlanılıb və 30 sutka inzibati həbs cəzası verilib. O, 2022-ci ilin dekabrında daha bir aksiyada tutularaq, 30 sutka inzibati həbs cəzası alıb.

2021-ci il dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Saleh Rüstəmlinin həbsdə aclıq etməsilə əlaqədar etiraz aksiyasında – Bakının mərkəzində saxlanılıb. Günorta saat 15.00-da jurnalistlərin lentə alındığı görüntülərdə siyasətçini polislər apararkən onun üzərində heç bir xəsarət yoxdur. Axşam saat 21.00 radələrində Yaqublu Bakıdan təxminən 80 kilometr kənarda, çöllük ərazidə tapılıb. Onun gözlərinin ətrafı qaralmış vəziyyətdə olub. Yaqublu bildirib ki, onu öncə polis bölməsində döyüblər. Sonradan başına torpa keçirilərək, polis bölməsindən çıxarıblar və maşınla harasa aparılıb. Həm yol boyu, həm də avtomobildən düşürüləndən sonra işgəncəyə məruz qalıb.

Tofiq Yaqublunun vəkili prokurorluğa şikayət edərək, bölmədəki kamera görüntülərinin götürülməsini, onun kimlər tərəfindən aparılmasının müəyyənləşdiriməsini istəsə də, prokurorluq bundan imtina edib - cinayət işi başlanması rədd edilib. Prokurorluq belə qərara gəlib ki. Yaqublu saxlanılıb aparılanda, həmçinin bölmədə olanda başını, bədənini maşına, bölmənin divarlarına vurub və özü özünə xəsarət yetirib.

Tofiq Yaqublu haqqında mənbələr

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

Tofig Yagublu overview
azAZ