SEVINJ VAGIFGIZI ABBASOVA
Woman human rights defender, journalist, editor-in-chief of Abzas Media.
Sevinc Abbasova (Vaqifqızı)
5 iyul 1989-cu ildə Füzuli rayonunda anadan olub. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Hələ tələbəlik illərində “Gün səhər” qəzetində reportyor kimi fəaliyyətə başlayan Sevinc Vaqifqızı sonradan “Bizim Yol”, “Azadlıq” qəzetlərində, Meydan TV-də işləyib. 2022-ci ilin sentyabrından “Abzas Media” nəşrinin baş redaktoru vəzifəsində çalışıb.
Ötən 15 il ərzində Sevinc Vaqifqızı jurnalist fəaliyyətinə görə dəfələrlə təqiv və təzyiqlərlə üzləşib – reportajların hazırlanması, videoçəkilişlər, həmçinin media ilə bağlı aksiyalar zamanı polis tərəfindən saxlanılıb. O, 2015-ci il sentyabrın 20-də gecə saatlarında Kiyevdən - jurnalistlər üçün təlimlərdən qayıdarkən Bakıda hava limanında Meydan TV-dən olan bir neçə həmkarı ilə saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Həmçinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində Meydan TV ilə bağlı cinayət işi üzrə bir neçə dəfə dindirilib. 2015-2019-cu illərdə Azərbaycandan çıxışına qadağa qoyulub.
2018-ci ilin aprelində Azərbaycanda prezident seçkisi zamanı 25 saylı Nizami Seçki Dairəsində yol verilən seçki saxtakarlığını çəkib yaydığına görə məhkəməyə verilib və cərimələnib.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) üzə çıxardığı “Pegasus” araşdırmasına görə, bu casus proqramı vasitəsilə Azərbaycan hökumətinin illərlə gizli şəkildə izlədiyi-dinlədiyi jurnalistlər arasında Sevinc Vaqifqızı da olub.
Being a journalist in Azerbaijan means that officials will react to your question in any way but actually answering it. They might threaten you, they might grab your camera and break it, they might leave your phone calls and requests unanswered or hang up on you. Or it might be worse.
Sevinj Vagifgizi
18 July 2021
Sevinc Vaqifqızının baş redaktoru olduğu dövrdə “Abzas Media”da Prezident İlham Əliyevin ailəsi və digər yüksək vəzifəli məmurların korrupsiyasını ifşa edən araşdırma materiallar yayımlanıb.
2023-cü il noyabrın 20-də səhərə yaxın Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Abzas Media”nın direktoru Ülvi Həsənlini saxlayıb. Həmin gün günorta saatlarında nəşrin ofisində axtarış aparılıb və oradan 40 min avro tapıldığı iddia olunub.
“Abzas Media” ilə bağlı cinayət işi başlananda və Ülvi Həsənli həbs olunanda Avropa ölkələrindən birində işgüzar səfərdə idi. Həbs olunacağı barədə xəbərdarlıq almasına, ailə üzvləri və dostlarının ölkəyə qayıtmaması üçün təkidlərinə baxmayaraq, o, noyabrın 22-nə keçən gecə Azərbaycana qayıdıb və hava limanında elə təyyarənin içində saxlanılaraq aparılıb. Həmin gecə onun evində axtarış aparılıb.
Abzas Media Cases Advocacy
Follow the page that was created to advocate for the rights of six journalists from Abzas Media.
Resources about Sevinj Vagifgizi
Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.
Download blue background poster (PNG)
Download yellow background poster (PNG)
Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)
Abzas Media cases
Sevinc Vaqifqızıya və “Abzas Media” ilə bağlı cinayət işi üzrə həbsdə olan digər jurnalistlər ilkin mərhələdə Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə tutulsa da, avqust ayında ittiham ağırlaşdırılıb. Onlara Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar elan olunub.
Bu maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sevinc Vaqifqızı ittihamları qəbul etmir. Məhkəmələrdəki çıxışlarında da bildirib ki, “Abzas Media”dakı korrupsiya araşdırmalarına görə siyasi sifarişlə həbs olunublar. Məqsəd həm onları cəzalandırmaq, həm də ifşaedici araşdırmaların qarşısını almaqdır.
-
-