BƏXTİYAR HACIYEV

Tanınmış ictimai fəal, hökuməti aktiv tənqid etməsinə, sosial kampaniyaları, fəallığı və siyasi iştirakçılığına görə dəfələrlə həbs olunub.

About Bakhtiyar Hajiyev

Bəxtiyar Hacıyev 28 mart 1982-ci ildə Ermənistanda Vardenis (Basarkeçər) rayonunun Zod kəndində anadan olub. 

2000-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində təhsil almağa başlayıb. Hacıyev birinci magistr dərəcəsini 2004–2006-cı illərdə Xəzər Universitetində İnformasiya Texnologiyaları və Menecment üzrə alıb. Daha sonra isə Harvard Universitetində Kennedi adına İdarəetmə Məktəbində ictimai idarəetmə üzrə magistr dərəcəsi əldə edib. 

Bakıya qayıtmadan öncə 2010-cu ildə Vaşinqtonda Dünya Bankında qısamüddətli consultant vəzifəsində çalışıb. Eyni ildə uğursuz formada parlament seçkilərində namizədliyini irəli sürüb. 

O, az sonra - 2011-ci ildə hərbi xidmətdən yayınmaqda ittiham olunaraq, həbs edilmiş və Gəncə Rayon Məhkəməsinin hökmüylə 2 il azadlıqdan məhrum edilmişdi. O zaman Bəxtiyar Hacıyev bildirirdi ki, hərbi xidmətə getməməsi bəhanədir, həbsinin əsl səbəbi siyasi fəaliyyəti, ölkədə baş verən hüquq pozuntularını, qanunsuzluqları sosial şəbəkələr vasitəsilə yayıb, məmur özbaşınalığını ifşa etməsidir.  

Bəxtiyar Hacıyev 15 ay həbsdə saxlandıqdan sonra cəza müddəti bitmədən azadlığa buraxılmışdı. O, həbsdə olduğu dövrdə ABŞ Dövlət katibi Hillari Klinton Bakıya səfər etmiş, Azərbaycan prezidenti ilə görüşdə Bəxtiyar Hacıyevin həbsilə bağlı danışmışdı.  

Həmin illərdə o, “Müsbət dəyişiklik” Gənclər Təşkilatını yaradaraq, gəncləri ətrafına toplayıb, ictimai problemləri gündəmə gətirərək, bir sıra sosial layihələr həyata keçirib. “Rüşvətə “yox” de”, kommunal xərclərin artırılmasına qarşı “Susmayaq biz” kampaniyalarını xatırlatmaq olar.

O, daha sonra “Caspian Platform”u yaradaraq, gənclərin ictimai mühazirələr, təlimlər keçirməsinə vasitəçi olmuşdu. 

Bəxtiyar Hacıyev 2020-ci ilin fevralında parlament seçkilərində namizəd olub. O, uzun müddət bəyan edib ki, həmin dairədə seçkinin nəticələri saxtalaşdırılaraq, onun əvəzinə Nigar Arpadarai qalib elan olunub. 

Bəxtiyar Hacıyevlə bloger Ülviyyə Alovlu (Muradova) arasında mübahisə yaşanıb. Ülviyyə Alovlu məhkəməyə şikayət edib. Məhkəmədə də tərəflər arasında insident yaşanıb. Bundan sonra Bəxtiyar Hacıyev Ülviyyə Alovludan, o isə əksinə, ictimai fəaldan şikayətçi olub. Bununla bağlı araşdırmalar öncə Yasamal rayon Polis İdarəsində gedib, daha sonra iş materialları Bakı Şəhər Baş Polis İdarəsinə verilib. 

Bəxtiyar Hacıyev uzun müddət Daxili İşlər Nazirliyinə, şəxsən nazirin özünə müraciət edərək, Ülviyyə Alovlunun cəzalandırılmasını istəyib. Alovlu cəzalandırılmadığına, ona qarşı cinayət törədənlər məsuliyyətə cəlb olunmadığına görə dəfələrlə nazirliyi və nazir Vilayət Eyvazovu sosial media hesabında tənqid edib. O həmçinin Daxili İşlər Nazirliyinin qarşısında intihara cəhd göstərib. 

2022-ci il aprelin 21-də Hacıyev Bakının mərkəzində maskalı şəxslər tərəfindən oğurlanıb və hücuma məruz qalıb. Onu qaçıranlar təhqir və zorla sosial şəbəkələrdəki paylaşımlarının silinməsini tələb ediblər. Polisə şikayət edilsə də, iş heç bir nəticə verməyib və hücumu törədənlər məsuliyyətə cəlb edilməyib.

Bakhtiyar Hajiyev<br />A prominent public activist known for his vocal criticism of the government, social campaigns, and numerous arrests related to his activism and political involvement.<br />

2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev növbəti dəfə dindirmə üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb və az sonra onun həbsi üçün təqdimat hazırlanaraq, məhkəmə qarşısına çıxarılıb. Xətai rayon Məhkəməsi elə həmin gün onun haqqında həbs qətimkan tədbiri seçilməsinə qərar verib. 

Hacıyev həbsinə etiraz olaraq dekabrın 15-də on dörd gün davam edən aclıq aksiyasına başlayıb. O, 2023-cü il yanvarın 9-da aclıq aksiyasını bərpa edib və ailəsinin və dostlarının təkidi ilə yalnız əlli bir gündən sonra aclıq aksiyasını dayandırıb. 

O, ikinci dəfə aclıq etdiyi dövrdə də kibercinayətkarlığa məruz qalıb. Bəxtiyar Hacıyevin şəxsi həyatına müxadilə olunaraq, müxtəlif sosial şəbəkələrdə olan əvvəlki illərə aid yazışmaları ələ keçirilərək yayımlanıb.  

Yasamal Rayon Məhkəməsində Ülviyyə Alovlu ilə baş vermiş insidentlə bağlı Hacıyev Azərbaycan Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydaya cavabdeh şəxsə müqavimət göstərmə xuliqanlığı) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ilkin ittiham elan edilib, sonradan əlavə ittihamlar irəli sürülüb. Bunlara 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 206 (qaçaqmalçılıq), 213 (vergidən yayınma) və 320 (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə) maddələri daxil idi. Hacıyevin beynəlxalq təşkilatlardan qrant alması və qaçaqmalçılıq yolu ilə Azərbaycana pul gətirdiyi iddia edilir. 

Hacıyev hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır. Artıq səkkiz aydır ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hacıyev bütün ittihamları rədd edir, həbsinin siyasi motivli olduğunu və daxili işlər naziri Vilayət Eyvazovu tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.

Resources about Bakhtiyar Hajiyev

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

BAKHTIYAR HAJIYEV - public activist
azAZ