ÜLVİ HƏSƏNLİ

Abzas Media Director, human rights defender and journalist.

Ülvi Həsənli

10 avqust 1987-ci ildə Gəncədə anadan olub. 37 yaşlı Ülvi Həsənli 2023-cü il noyabrın 20-dən həbsdədir və Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ülvi Həsənli direktoru olduğu “Abzas Media” ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. O həbs olunanda Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi verilsə də, avqustda ittiham ağırlaşdırılıb. Ona və digər “Abzas”çılara Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar elan olunub. Abzas Media-

Ülvi Həsənli noyabrın 20-də gecə saat 5 radələrində hava limanına getmək üçün evindən çıxıb, taksiyə minərkən saxlanılıb. O, saxlanılarkən və daha sonra Bakı Şəhər Baş Polis İdarəsində zorakılığa məruz qaldığını bildirib.Həmin gün – noyabrın 20-də günorta saatlarında “Abzas Media”nın ofisinə gətirilib və iddia olunur ki, ofisdən 40 min avro pul tapılıb.

Ulvi Hasanli square blue

Bakı Şəhər Baş Polis İdarəsində istintaqı davam edən bu cinayət işi üzrə Ülvi Həsənlidən başqa daha 5 nəfər təqsirləndirilən jurnalist var. Onlara da eyni – qaçaqmalçılıq ittihamı verilib. Həsənli və digər jurnalistlər özlərini təqsirli bilmir, Azərbaycanda hakim ailə də daxil olmaqla, yüksək vəzifəli şəxslərin korrupsiyasını araşdırıb üzə çıxardıqlarına görə cəzalandırıldıqlarını bildirirlər. Deyirlər ki, 30 min avronu da ofisə axtarış aparanların özləri yerləşdirib. Ülvi Həsənli və digər “Abzas Media”çıların istintaq dövründə həbsdə saxlanma müddəti bir neçə dəfə uzadılıb. İstintaqın nə zaman başa çatacağı hələlik məlum deyil. Ülvi Həsənli və “Abzas Media” ilə bağlı cinayət işi üzrə həbsdə olan digər jurnalistlərə ittiham verilən maddələrdə 12 qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycanda korrupsiya araşdırmalarıyla tanınan “Abzas Media” 2016-cı ildə yaradılıb. Ülvi Həsənli o vaxtdan nəşrin direktorudur.

Bundan əvvəl isə Ülvi Həsənli bir sıra təşkilatların üzvü və rəhbəri olub. Ümumiyyətlə, o, ictimai-siyasi fəaliyyətə erkən gənclik dövründən başlayıb. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olsa da, burada ali təhsilini başa vura bilməyib – siyasi baxışlarına, aktiv tənqidçi mövqeyinə görə 1 il sonra akademiyadan uzaqlaşdırılıb. Daha sonra ali təhsilini Azərbaycan Turizm və Menecment Universitetində davam etdirib və buradan məzun olub.

2005-ci ildə bir qrup tələbənin yaratdığı “Dalğa” Gənclər Hərəkatının öncə sıravi üzvü olub. 2006-cı ilin 2 oktyabrından 2007-ci ilin 19 sentyabrına qədər isə hərəkatın sədri olub. 2011-ci ildə “Azad Gənclik” təşkilatının təsisçisi və sədri olub. Sonradan “Nida” Vətəndaş Hərəkatına qoşulub, bu təşkilatın İdarə Heyətinin üzvü olub. İki dəfə - 2015 və 2020-ci illərdə parlament seçkilərində namizəd olub. 2015-ci ildə namizədliyi qeydə alınmayıb və Avropa İnsan Hüquqları Məhkəməsi bu barədə şikayətinə baxaraq, pozuntunu tanıyıb, Azərbaycan hökumətinin üzərinə ona kompensasiya ödəmək öhdəliyi qoyulub. OCCRP-nin üzə çıxardığı “Pegasus” araşdırmasında bu casus proqramı vasitəsilə hökumətin illərlə gizli şəkildə izlədiyi-dinlədiyi jurnalistlər, fəallar arasında Ülvi Həsənlinin də adı olub.

Onun media sahəsində fəaliyyəti isə 2016-cı ildə “Abzas Media” ilə başlayıb. Amma sayt fəaliyyətə başlayandan bir il sonra – 2017-ci ildə məcburi hərbi xidmətə aparılıb. Sağlamlığındakı problemlərlə əlaqədar ona hərbi xidmətdən möhlət verilsə də, Həsənli müayinəyə gedərkən elə oradan qəfildən hərbu xidmətə aparılıb. Bir il ərzində cəbhə bölgəsində hərbi xidmətdə olan Həsənli geri qayıdandan sonra fəaliyyətini davam etdirib. O, eyni zamanda bloger Mehman Hüseynovla birlikdə “Sancaq Production” üçün də məmurların korrupsiyası ilə bağlı araşdırmalar aparıb. “Abzas Media” xüsusən 2022-ci ildən etibarən Qarabağda tikinti-bərpa işləri üçün tenderlərdə qalib elan edilmiş şirkətlərin kimlərə məxsus olması, hakim ailə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici İşlər naziri Ceyhun Bayramov, Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov da daxil olmaqla, onlarla məmurun biznesi, korrupsiyası barədə araşdırmalar yayımlayıb. Ülvi Həsənli əvvəllər inzibati qaydada da həbs olunub. Məsələn, 2013-cü ildə “Azad Gənclik” Təşkilatının sədri olduğu dövrdə onun digər gənc fəallarla birlikdə divarlara “dövlət əleyhinə vərəqlər” yapışdırdığı əsas gətirilərək, polisə müqavimə ittihamıyla 15 sutka inzibati həbs cəzası verilmişdi. Ülvi Həsənli evlidir, 2 yaşlı Suad adlı qızı var.

The logo of ABZAS MEDIA in Azerbaijan

Abzas Media Cases Advocacy

Follow the page that was created to advocate for the rights of six journalists from Abzas Media.

Resources about Ulvi Hasanli

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

Ulvi Hasanli overview

Abzas Media cases

Ulvi Hasanli and other journalists associated with Abzas Media were initially charged under Article 206.3.2 of Azerbaijan’s Criminal Code, which relates to smuggling by a group of persons.

Bu maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hasanli and five other journalists from Abzas Media are all facing the same charges, which they deny, insisting that they are being punished for exposing corruption involving high-ranking officials, including members of Azerbaijan’s ruling family. They allege that the money found in their office was planted by the authorities during the search.

Hasanli and his colleagues have had their pre-trial detention extended multiple times as the investigation continues, with no clear end in sight. The charges against them could result in up to twelve years of imprisonment. 

Ulvi Hasanli poster blue
azAZ