AFİƏDDİN MƏMMƏDOV

İctimai fəal, həmkarlar ittifaqı lideri və insan hüquqları kimi işçi hüquqlarının da müdafiəçisi.

Afiəddin Məmmədov haqqında

20 mart 1995-ci ildə Cəlilabad rayonunda anadan olub. Ölkədə əsasən işçilərin hüquqlarının müdafiəsilə məşğul olan ictimai fəal – İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 20 sentyabr 2023-cü ildən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma), 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) və 228.4 (qanunsuz olaraq, soyuq silah əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İddia olunur ki, Afiəddin Məmmədov 20 sentyabr 2023-cü ildə saat 16.30 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində Səfər Hüseynov adlı şəxslə mübahisə edib və ona bıçaqla xəsarət yetirib.

Afiəddin Məmmədov isə bu ittihamı rədd edir, ictimai fəaliyyətinə - sədri olduğu “İşçi Masası” Həmkarkar İttifaqları Konfederasiyasının işçilərin hüquqları ilə bağlı gördüyü işlərə, hökumətin siyasətini tənqid etdiyinə görə cəzalandırıldığını deyir.

O bildirir ki, sentyabrın 20-də valideynlərinin yaşadığı binadan çıxıb bərbərə gedəndə binanın qarşısında Bakı Şəhər Baş Polis İdarəsinin bir əməkdaşını görüb, əvvəlki həbslərindən onu tanıyıb. Onun niyə burada olduğunu düşünə-düşünə getdiyi vaxt yoldan ona tərəf gələn bir nəfər sifatinə yumruqla vurub. Yumruq burnundan dəyib, qan axmağa başlayıb, zərbədən yerə yıxılıb. Bir dəqiqə sonra polislər gəlib, onu qandallayıb Xətai rayonu, 34-cü polis bölməsinə aparıblar. Orada polislərdən biri ondan Səfər Hüseynovu niyə bıçaqladığını soruşanda bilib ki, onu həmin şəxsi bıçaqlamaqda ittiham eləmək istəyirlər. O, heç kimi bıçaqlamadığını, həmin şəxsi ümumiyyətlə, tanımadığını bildirib, burnundakı kəskin ağrı ilə əlaqədar tibbi yardım və vəkili ilə əlaqə saxlanmasını istəyib..

Tofig Yagublu square blue

Hadisə nəticəsində Afiəddin Məmmədovun burnu sınıb. Bakı İstintaq Təcridxanasında saxlanılan ictimai fəal nəfəs almaqda çətinlik çəkdiyini deyir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Afiəddin Məmmədovun işi üzrə məhkəmə prosesi davam edir. Afiəddin Məmmədov buna qədər 3 dəfə inzibati qaydada həbsdə olub. Hər dəfə də ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.

İlk dəfə 2022-ci il noyabrın 11-də saxlanılıb və bir sutka ailə üzvləri onun harada olması barədə məlumat ala bilməyib. Noyabrın 12-də ona Xətai rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verildiyi məlum olub. İddia edilib ki, o, polislərə tabesizlik göstərib. İctimai fəal bildirib ki, saxlandıqdan sonra Bakı şəhər Baş Polis İdarəsində telefonunun şifrəsini deməsi üçün işgəncəyə məruz qalıb, təcavüzlə hədələnib.

Afiəddin Məmmədov bu cəzanı başa vurub azadlığa çıxandan təxminən 20 gün sonra - dekabrın 23-də yenidən həbs olunub. Bu dəfə o, həbsdə olan başqa bir ictimai fəal Bəxtiyar Hacıyevin işinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən məhkəmə binasının qarşısında saxlanılıb. Həmin vaxt onunla yanaşı, başqa şəxslər də saxlanılıb. İkinci dəfə də ona 30 sutka inzibati həbs cəzası verilib.

Üçüncü inzibati həbsi isə 1 avqust 2023-cü ildə olub. Həmin gün İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında saxlanılıb, ona bu dəfə də 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdə olduğu müddətdə aclıq aksiyası keçirib. Səbəb isə onun yaxınları ilə telefon danışığı hüququnun məhdudlaşdırılması idi.

Afiəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub. Bu dəfə isə barəsində cinayət işi başlanıb. İşçi Masası Həmkarlar İttifaqı Konfederasiyası 2022-ci martın 1-də yaradılıb. Azərbaycanda işçi hüquqlarını müdafiə edən tək həmkarlar ittifaqı olan İşçi Masası üç il ərzində işçilərin hüquqlarını müdafiə etmək məqsədilə bir sıra etiraz aksiyaları keçirib, İdarə Heyəti üzvləri və fəalları təqiblərə və həbslərə məruz qalıb. Afiəddin Məmmədov həm də “D18 - Demokratiya 1918 Hərəkatı”nın İdarə Heyətinin üzvü olub. Bu hərəkat 2023-cü il sentyabrın 10-da fəaliyyətini dayandırdığını elan edib.

Afiəddin Məmmədov haqqında resurslar

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

Afiaddin overview
azAZ