ƏLİ ZEYNALOV

İctimai fəal və video yaradıcı, müstəqil media və gənc jurnalistlərlə bağlı proqramlarda çalışıb, hazırda mübahisəli qaçaqmalçılıq ittihamları ilə həbsdədir.

About Ali Zeynalov

Əli Zeynalov 24 fevral 1996-cı ildə Bakıda anadan olub. 

Orta məktəbi bitirdiyi il Azərbaycan Universitetinin “Komputer mühəndisliyi” fakültəsinə daxil olub və 2013-2017-ci illərdə bu universitetdə bakalavr pilləsini tamamlayıb. 

Tələbəlik dövründə - 2016-cı ilin sentyabrında NİDA Vətəndaş Hərəkatına qoşulub. Bir müddət hərəkatda fəaliyyət göstərib. O, 2017-ci ilin sentyabrında təşkilatdan ayrılıb. 

Eyni zamanda, 2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutunun təşkil etdiyi “Gənc Jurnalistlər” proqramının birinci məzunlarındandır. Daha sonra o, Praqada və Tbilisidə yaradıcı videoların hazırlanması üzrə kurslarda iştirak edib, həmçinin 2019-2020-ci illərdə Qırğızıstanda gənc jurnalistlər və blogerlər üçün qısa videoların hazırlanması ilə bağlı təlimlərdə mentor kimi fəaliyyət göstərib. 

Ardınca sərbəst video yaradıcı olaraq Toplum TV, Fakt Yoxla və Açıq Azərbaycan onlayn media qurumlarla əməkdaşlıq edib. O, sosial media Channellarında populyar olan onlarla qısa və alt yazılı videoların müəllifidir. 

Həbsindən öncə, Əli Zeynalov Demokratik Təşəbbüslər İnstitutunun “Gənc Jurnalistlər” proqramının koordinatoru və mentoru olaraq, fəaliyyət göstərib. 

28 yaşlı Əli Zeynalov 2024-cü il martin 6-dan həbsdədir. O, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həmin gün “ToplumTV”nin redaksiyasında, eləcə də “III Respublika Platforması” siyasi təşkilatı və “Demokratik Təşəbbüslər İnstitutu”nun ofisində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunan 7 nəfərdən biridir. Daha iki nəfər isə həmin gün saxlansa da, sonradan onlar haqqında istintaq dövrü üçün həbs yox, alternativ qətimkan tədbiri seçilib.

Ali Zeynalov<br />A public activist and video creator, currently imprisoned on disputed smuggling charges, known for his work with independent media and youth journalism programs in Azerbaijan.<br />

9 nəfərin hamısına qarşı Cinayət Məcəlləsinin 206.3.2 (əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, “Toplum TV” və digər qurumların ofislərində, saxlanılan şəxslərin evlərində axtarışlar zamanı külli miqdarda xarici valyuta tapılıb.

Həbs olunan şəxslər bu ittihamları rədd edir, tapıldığı iddia edilən pulları ora polislərin özlərinin yerləşdirib, daha sonra götürdüyünü deyir. 

Əli Zeynalov da ittihamların saxta olduğunu, müstəqil mediaya basqılar fonunda həbs edildiyini bildirir. 

Onun da daxil olduğu “Toplum TV” ilə bağlı cinayət işi üzrə istintaqı hazırda Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqləri aparır. Özü isə Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Resources about Ali Zeynalov

Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.

Download blue background poster (PNG)
Download yellow background poster (PNG)

Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)

BAKHTIYAR HAJIYEV - public activist

  

Azərbaycanda repressiyaya son qoymaq üçün Anar Məmmədli Kampaniyası hüquq müdafiəçiləri və QHT-lərin birgə layihəsidir və iyirmi ildən artıqdır ki, əsassız həbs praktikasının sistem xarakterini vurğulayır.

@ Progress & Change Action Lab, 2024 | Privacy PolicyNewsletter | Contact

azAZ