NƏRGİZ ABSALAMOVA
Abzas Medianın jurnalisti, hökumətdəki korrupsiyasını ifşa edən araşdırmaların hazırlanmasında iştirak etdiyinə görə mübahisəli ittihamlarla həbsdədir.
About Nargiz Absalamova
26 yaşlı Nərgiz Absalamova korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biridir.
Absalamova 17 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. O, 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. Universiteti bitirəndən sonra Demokratik Təşəbbüslər İnstitutunun jurnsliatlər üçün təlim kurslarının iştirakçısı olub. Ardınca “Toplum TV”, “Mikroskop Media”, “Abzas Media” kimi bir sıra media orqanları ilə əməkdaşlıq edib.
Əsasən sərbəst jurnalist kimi fəaliyyət göstərən Absalamova peşə fəaliyyətini yerinə yetirərkən dəfələrlə təzyiqlərlə üzləşib, polis zorakılığına məruz qalıb.
2021-ci il avqustun 4-də feminist fəalların Xəzər Rayon Polis İdarəsinin qarşısında keçirdiyi etiraz aksiyasını işıqlandırarkən bir neçə jurnalistlə birlikdə saxlanılıb. Jurnalist digər həmkarları ilə birlikdə polis idarəsində fiziki və psixoloji zorakılığa məruz qalıb. Bunu sübut edən səs yazısı yayılıb.
2022-ci il dekabrın 28-də Milli Məclisin binası qarşısında “Media haqqında” yeni qanun layihəsinə etiraz aksiyası zamanı polis zorakılığı nəticəsində yerə yıxılıb, nəticədə onurğa nahiyəsindən xəsarət alıb. Həkim rəyinə əsasən, onun büzdüm sümüyü sınıb və əzələsinə batıb.
2023-cü il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin qızıl zavodundan axıdılan zəhərli su ilə sionid gölü yaradılması və ətraf mühitə ziyan vurulmasına qarşı keçirdiyi etiraz aksiyalarını işıqlandırarkən də polis təzyiqilə üzləşib – daha bir həmkarı ilə birlikdə kənddən çıxarılıb, telefonu əlindən alınaraq, çəkdikləri silinib, bir müddət saxlandıqdan sonra Bakıya göndərilib.
2023-cü ilin noyabrında “Abzas Media” ilə bağlı cinayət işi başlanandan və nəşrin rəhbərliyi həbs olunandan az sonra – noyabrın 23-də Nərgiz Absalamova da Bakı Şəhər Baş Polis İdarəsində bu iş üzrə şahid qismində dindirilib. Noyabrın 29-da o, yenidən şahid qismində ifadə vermək üçün idarəyə çağrılsa da, bu dəfə artıq saxlanılıb. “Abzas Media” rəhbərliyinə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə Nərgiz Absalamovaya da ittiham verilib.
İstintaqın sonunda – 2024-cü ilin avqustunda həbsdəki digər “Abzas”çılar kimi, Absalamovaya qarşı ittiham da ağırlaşdırılıb. Ona da Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq – xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə əlavə ittihamlar elan olunub.
Bu maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Nərgiz Absalamova özünü təqsirli bilmir, “Abzas Media”nın hakim ailə də daxil olmaqla, hökumətin korrupsiyasını ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyir.
Resources about Nargiz Absalamova
Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.
Download blue background poster (PNG)
Download yellow background poster (PNG)
Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)