Avropa İttifaqı Azərbaycanın insan haqları böhranını COP29-da müzakirəyə çıxarsın
Bakıda keçiriləcək COP29 tədbiri öncəsi 17 beynəlxalq insan haqları təşkilatı Aİ liderlərini Azərbaycan hökumətinin törətdiyi insan haqları pozuntularına qarşı çıxmağa çağırıb.
Bəyanatda Azərbaycan hökumətinin son zamanlar müstəqil mediaya, insan haqları müdafiəçilərinə və vətəndaş cəmiyyətinə qarşı repressiyaları vurğulanır və bu, fərqli düşüncəni faktiki olaraq kriminallaşdıran “amansız hücum” adlandırılır.
Bu böhranın mərkəzində tanınmış hüquq müdafiəçisi və Avropa Şurasının 2014-cü il Vatslav Havel İnsan Haqları Mükafatının laureatı Anar Məmmədlinin işi dayanır. Məmmədlinin həbsi onun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin fevralda keçirilmiş prezident seçkiləri ilə bağlı tənqidi hesabat açıqlaması və COP29-la bağlı Ədalət Mühiti Təşəbbüsünü yaradılmasında iştirakdan sonra baş verib. Saxlanılandan sonra onun səhhəti xeyli pisləşib. Professor Qubad İbadoğlu və əlilliyi olan vətəndaş fəalı Famil Xəlilov kimi başqa tanınmış məhbuslar da ağır şərait və qeyri-adekvat tibbi yoxlanışla üzləşiblər.
Təşkilatlar Aİ-ni Anar Məmmədlinin və digər siyasi məhbusların dərhal azad edilməsinə, onların sağlamlıq ehtiyaclarını prioritetləşdirməyə və Azərbaycanın QHT-lərin cəzalandırıcı təcrübəsini pisləmək üçün iqtisadi və siyasi təsirindən istifadə etməyə çağırır. Əsas tələblər arasında müstəqil mediaya və vətəndaş cəmiyyətinə ictimai dəstək, məhbusların ailələri ilə görüşlər və ətraf mühitlə bağlı fəaliyyətlərdə iştirak edərkən vətəndaş cəmiyyətinin təqiblərdən qorunmalarının təmin edilməsi də var.
Bu birgə müraciət Azərbaycanın beynəlxalq hüquq çərçivəsində insan hüquqları üzrə öhdəliklərini gücləndirmək üçün 2022-ci il enerji əməkdaşlığı sazişi kimi diplomatik kanallardan və Aİ tərəfdaşlıqlarından istifadənin vacibliyini vurğulayır..
İmzalayanlar
Amnesty International
Anar Mammadli Campaign to end repression in Azerbaijan
Committee to Protect Journalists
European Centre for Press and Media Freedom
European Federation of Journalists
Freedom Now
Free Press Unlimited
Frontline Defenders
Human Rights House Foundation
Human Rights Watch
International Partnership for Human Rights
Netherlands Helsinki Committee
Norwegian Helsinki Committee
PEN International
Publish What You Pay
Secretariat of the Eastern Partnership Civil Society Forum
World Organisation against Torture